Sumqayıtda motosiklet sürücülərinə qarşı reyd - 30-a yaxın sürücü barəsində tədbir görüldü

Sumqayıtda motosiklet sürücülərinə qarşı reyd - 30-a yaxın sürücü barəsində tədbir görüldü

Hazırda oxunan: Sumqayıtda motosiklet sürücülərinə qarşı reyd - 30-a yaxın sürücü barəsində tədbir görüldü

630178

Ötən gün Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və xüsusilə gecə saatlarında sakinlərin rahatlığının pozulmasının qarşısının alınması məqsədilə növbəti nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

Bu barədə Bizim.Media-ya  Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə motosiklet və digər motonəqliyyat vasitələrinin sürücüləri saxlanılıb.
 

Qeyd olunub ki, araşdırma zamanı ayrı-ayrı sürücülərin şəhər ərazisində, xüsusilə gecə saatlarında yüksək sürətlə hərəkət etməsi, motosikletlərin konstruksiyasına müdaxilə edərək əlavə avadanlıqlar quraşdırması, səsboğucu sistemlərində dəyişiklik etməklə normadan artıq səs-küy yaratması, eləcə də dövlət qeydiyyat nişanı və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi halları müəyyən edilib.


Aşkar edilən qayda pozuntularına hüquqi qiymət verilərək 30-a yaxın sürücü barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO