Bakıda qəbiristanlıqda İNSİDENT: Mollanı söydü, həbs olundu

Bakıda qəbiristanlıqda İNSİDENT: Mollanı söydü, həbs olundu

Hazırda oxunan: Bakıda qəbiristanlıqda İNSİDENT: Mollanı söydü, həbs olundu

629451

Bakıda qəbiristanlıqda insident törədən kişi həbs edilib.

Bizim.Media xəbər verir ki, hadisə Qaradağ rayonunun Müşfiqabad qəbiristanlığında qeydə alınıb.
 

56 yaşlı Abbas Xəlilov (şərti adla) sərxoş halda işlədiyi qəbiristanlığa gəlib. Burada naməlum səbəbdən mollanı və ətrafda olan insanları söyüb.


Ərazidə xidmətdə olan polis əməkdaşları ona irad bildirib hərəkətini dayandırmağı istəsələr də, Abbas qanuni tələbə məhəl qoymayaraq, əməlinə davam edib.

Nəticədə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub. Məhkəmənin qərarı ilə A.Xəlilov 10 gün müddətinə inzibati qaydada həbs edilib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO