Meyxanaçı Rəşad Dağlı və başqalarının əfv məsələsi gündəmdədir.
Bizim.Media xəbər verir ki, bu barədə Bakıvaxtı.az-a açıqlamasında hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.
Onun sözlərinə görə, böyük bir əfv fərmanının verilməsi təşəbbüsü ilə çıxış ediblər:
“İstəyirik ki, bir dəfə böyük bir əfv fərmanı verilsin, Rəşad Dağlı, Anar Məmmədov, Natiq bəy və başqaları azadlığa çıxsınlar. Onların adları siyahımızdadır. İstəyirik ki, hamısı bir yerdə azad edilsin. Təklif etmişik, görək necə olur”.
Amma o, böyük əfvin baş tutub-tutmayacağı və ya nə zaman reallaşacağı barədə söz deyə bilməyəcəyini deyib. Onun sözlərinə görə, təklif verilib, böyük əfv arzulayıblar.
“Bizə nə Avropa Şurası, nə də Avropa İttifaqı təzyiq göstərə bilər. Özümüz bu addımı atmalıyıq. Biz təklif etmişik, müsbət qarşılanıb. Ümidvaram ki, baş tutacaq”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:22 / 30.07.2026
Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır
Hazırda oxunan: Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır
Hazırda oxunan: Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır
628410
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































