18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

Hazırda oxunan: 18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

625257

Məlumdur ki, 18 yaşına çatmayan şəxslə evlənmək ölkəmizdə cinayət sayılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə əsasən, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etməyə görə 3 min manatdan 4 min manatadək cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bəs, 18 yaşına çatmayan yeniyetməni “nişanlamaq” hüquqi məsuliyyət yaradırmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Fuad Rüstəmov deyib ki,  nikah yaşına çatmayan şəxslərlə əlaqədar erkən evlilik xarakterli mərasimlərin təşkili və keçirilməsi qanunvericiliklə məsuliyyət yaradır:

“Belə halda məcburetmə faktı mövcud olmalıdır. Əks təqdirdə nişan qeyri-rəsmi razılaşma olduğundan qanunvericilikdə cinayət və ya inzibati xəta kimi qiymətləndirilmir. Yəni nişan erkən evlilik anlayışına daxil deyil. Bu iki ailə arasında qeyri-rəsmi razılaşma və ya söhbətdir. Yəni tərəflər gələcək niyyətlərini bəyan edirlər. Ola bilsin ki, toy və rəsmi nikah mərasimi bir neçə il sonra baş tutsun.

Nəzərə alaq ki, nişan mərasimləri əsasən ailə daxilində və ev şəraitində qeyd edilir. Nişan restoranlarda çox az qeyd edilir. Ən əsası nişanlanmada əgər məcburetmə yoxdursa, məsuliyyət məsələsi də gündəmə gəlmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO