Kəlbəcər rayonunun Çəpli kəndi ərazisində çaya düşərək batdığı ehtimal edilən azyaşlı ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, çaya düşən 2015-ci il təvəllüdlü Zabil Abutalıbov Bərdə rayon sakinidir. Məlum olub ki, azyaşlının yaxınları yay fəsli ilə əlaqədar təsərrüfatlarını Kəlbəcər rayonuna gətiriblər. Z. Abutalıbov da onlara baş çəkmək və istirahət etmək üçün Kəlbəcərə gəlibmiş.
Hazırda 11 yaşlı oğlanın axtarışları davam etdirilir. Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu


































































































