Bakının Xəzər rayonunda 30 yaşlı oğlan həyat yoldaşına xəsarət yetirib.
Bizim.Media “demokrat.az”a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib.
1996-cı il təvəllüdlü Əhməd həyat yoldaşı Vüsalə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında baş vermiş mübahisə zəminində masanın üzərindən götürdüyü qənd qabı ilə arvadının sifət nahiyəsindən bir dəfə qəsdən vurub, ona xəsarətlər yetirib.
Faktla bağlı Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Xəzər Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:56 / 10.07.2026
Bakıda qadın qənd qabı ilə DÖYÜLDÜ
Hazırda oxunan: Bakıda qadın qənd qabı ilə DÖYÜLDÜ
Hazırda oxunan: Bakıda qadın qənd qabı ilə DÖYÜLDÜ
624529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































