Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyinə yeni rəhbər təyin olunub.
Bizim.Media “ölkə.az”a istinadən xəbər verir ki, bununla bağlı ali məktəbin rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Afət Seyidzadə Heydər Əliyev Muzeyinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, A.Seyidzadə daha əvvəl həmin muzeydə mütəxəssis vəzifəsində çalışıb.
Xatırladaq ki, BDU-nun Heydər Əliyev Muzeyinin əvvəlki müdiri, filologiya üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova bu ilin fevral ayında vəfat edib.
Universitetin Heydər Əliyev Muzeyi 1997-ci ildə ulu öndər Heydər Əliyevin şəxsi razılığı ilə fəaliyyətə başlayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:06 / 10.07.2026
Afət Seyidzadəyə vəzifə verildi
Hazırda oxunan: Afət Seyidzadəyə vəzifə verildi
Hazırda oxunan: Afət Seyidzadəyə vəzifə verildi
624513
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































