Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçuları və mülki işçiləri ölümündən sonra təltif edilib.
Bizim.Media xəbər verir ki, təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var.
Abdullayev Rasim Yaqub oğlu – tibb xidməti polkovnik-leytenantı

Rasim Yaqub oğlu Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunda anadan olub. 1982-1992-ci illərdə Kəlbəcər şəhərində 1 nömrəli tam orta məкtəbdə, 1992-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb.
Rasim Abdullayev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşləri zamanı yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib.
Vətən müharibəsində Azərbaycan Ordusunun polkovnik-leytenantı olan hərbi tibb qulluqçusu Rasim Abdullayev Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Polkovnik-leytenant Rasim Abdullayev noyabrın 10-da Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Ailəli idi, Miryaqub və İslam adında 2 övladı yadigar qaldı.
Atakişiyev Rəşad Saləddin oğlu – polkovnik-leytenant

Rəşad Atakişiyev 1985-ci il yanvarın 7-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş mühəndisi" ixtisası üzrə bitirən R.Atakişiyev Hərbi Hava Qüvvələrində pilot kimi xidmət edib və polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
Aprel döyüşlərinin iştirakçısı olan Rəşad Atakişiyev peşəkar hərbi pilot kimi Azərbaycan Ordusunun 100 illik yubiley paradında, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə keçirdiyi "TurAz Qartalı" taktiki-uçuş təlimlərində iştirak edib.
2019-cu il iyulun 24-də gecə təlim uçuşu zamanı idarə etdiyi MiQ-29 qırıcı təyyarəsi ilə rabitə əlaqəsi kəsilib və təyyarə Xəzər dənizinə düşüb. Uzun sürən axtarışlardan sonra avqustun 20-də onun nəşi tapılıb, bir gün sonra isə II Fəxri xiyabanda dəfn edilib.
2021-ci il mayın 7-də Rəşad Atakişiyevə şəhid statusu verilib.
Baxşəliyev Qərib İnqilab oğlu – polkovnik-leytenant

Laçın rayonundan olan polkovnik-leytenant Qərib Baxşəliyev uzun illər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müəllim kimi fəaliyyət göstərən Q.Baxşəliyev çoxsaylı hərbçilərin yetişməsində mühüm rol oynayıb. O, müəllimlik fəaliyyəti ilə yanaşı, müxtəlif hərbi hissələrdə xidmət edib, o cümlədən Tərtər istiqamətində döyüş növbətçiliyi aparıb.
Polkovnik-leytenant Qərib Baxşəliyev 2020-ci il sentyabrın 29-da Vətən müharibəsinə qatılıb. Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edən zabit son ana qədər döyüşərək qəhrəmancasına şəhid olub. Məlumata görə, o, döyüş tapşırığını yerinə yetirərkən erməni hərbçilərinin mühasirəsinə düşüb və son gülləsinə qədər müqavimət göstərib.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:30 / 25.06.2026
Ölümündən sonra təltif olunan polkovniklər...
Hazırda oxunan: Ölümündən sonra təltif olunan polkovniklər...
Hazırda oxunan: Ölümündən sonra təltif olunan polkovniklər...
621571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































