Peşə təhsili almaq istəyənlərin NƏZƏRİNƏ

Peşə təhsili almaq istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Peşə təhsili almaq istəyənlərin NƏZƏRİNƏ

620820

Növbəti tədris ilində Bakıda 1 peşə təhsil mərkəzi yenilənmiş formada istifadəyə veriləcək.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Həvva Gözəlova Bizim.Media-ya açıqlamasında qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Peşə təhsilində qadınlar daha çox bu İXTİSASI seçirlər


"Qarşıdan gələn tədris ilində Bakı şəhərində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yenilənmiş tədris infrastrukturu ilə fəaliyyətə başlaması nəzərdə tutulur".


Agentliyin rəsmisi bu il təmir olunan peşə təhsil mərkəzləri barədə də açıqlama edib:

"2026-cı ilin fevral ayında Lənkəran şəhərində Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi istifadəyə verilib.

Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO