Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Hazırda oxunan: Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

620490

Həqiqi hərbi xidmətə çağırışla bağlı bəzi vətəndaşları maraqlandıran məsələlərdən biri də talassemiya xəstəsinin əsgərliyə aparılıb-aparılmaması ilə bağlıdır. Başqa sözlə, sual olunur ki, talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirmi?

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, bu suala Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aydınlıq gətirib.
 

Dövlət Xidmətindən bildirilib ki, hal-hazırda qüvvədə olan Azərbaycan Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı” hesab edilirlər.


Qeyd edək ki, A-3 hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur.

Məsələn, onların xüsusi təyinatlı hərbi hissələrdə, dəniz piyadasında, hava desant, desant hücum heyətində və sair xüsusi təyinatlı qüvvələrdə xidmətlərinə icazə verilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO