Azərbaycanın iri ticarət şəbəkələrində böyük səs-küyə səbəb olan "1 qəpiyə yumurta" kampaniyası bu gün də davam edir.
Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, dünən başlanan kəskin ucuzlaşma bu gün də qüvvədədir və "Hacıqabul Quşçuluq" firmasının məhsulları marketlərdə 1 qəpiyə təklif olunur.
İstehsalçı şirkət və Assosiasiya rəhbəri Mürvət Həsənli bildirib ki, ucuzlaşma sırf bazar tələbi ilə bağlıdır.
Hazırda ölkədə gündəlik yumurta istehsalı 6 milyon ədədi ötüb, daxili tələbat isə cəmi 4-4.5 milyondur.
İstehsalın tələbatı 125% üstələməsi, dərslərin bitməsi və Məhərrəmlik ayı ilə əlaqədar toyların dayanması bazarda kütləvi bolluq yaradıb.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:26 / 20.06.2026
Yumurta bu gün də 1 qəpikdir - FOTO
Hazırda oxunan: Yumurta bu gün də 1 qəpikdir - FOTO
Hazırda oxunan: Yumurta bu gün də 1 qəpikdir - FOTO
620471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































