Rəna Məmmədova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Rəna Məmmədova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Rəna Məmmədova yüksək vəzifəyə TƏYİN EDİLDİ

620012

Rəna Məmmədova TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Rəna Məmmədova hazırkı təyinatınadək "Paşa Sığorta" ASC-nin Baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.

R.Məmmədova Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində həkim-onkoloq ixtisası üzrə təhsilini başa vurub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci təhsil alıb.
 

Əmək fəaliyyətinə 2001-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-cərrah olaraq başlayan R.Məmmədova sonrakı illərdə həmin tibb müəssisəsində tibbi sığorta üzrə həkim-koordinator vəzifəsində çalışıb. Bu müddət ərzində tibbi xidmətlərin təşkili, səhiyyə idarəçiliyi və tibbi sığorta sahəsində peşəkar təcrübə qazanıb.


2010-cu ildən etibarən "Paşa Sığorta" ASC-də Tibbi və səfər sığortası departamentinin rəhbəri, daha sonra isə Tibbi sığorta blokunun rəhbəri vəzifələrində çalışıb. Rəhbərlik etdiyi dövrdə tibbi sığorta, xidmətlərin təşkili, səhiyyə müəssisələri ilə əməkdaşlıq mexanizmlərinin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması və pasiyentyönümlü yanaşmaların tətbiqi istiqamətində fəaliyyət göstərib.

R.Məmmədova səhiyyə idarəçiliyi, tibbi sığorta və insan resurslarının idarə olunması sahələrində müxtəlif ixtisasartırma proqramlarında iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO