"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"

"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"

Hazırda oxunan: "Arvadım telefona gec cavab verdi deyə onu döydüm"

619740

Abşeron rayonunda 32 yaşlı kişi həyat yoldaşını döyüb.

Bizim.Media “demokrat.az”a istinadla xəbər verir ki, 1994-cü il təvəllüdlü Sabirabad rayon sakini Xanlar ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Nərminənin onun telefon zənglərinə gec cavab verməsinə görə irad bildirərkən arvadının kobud cavabı ilə üzləşib.
 

Bu zaman onlar arasında həmin səbəbdən ailə-məişət münasibətləri zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib. 32 yaşlı kişi həmin mübahisə əsnasında əsəbiləşərək arvadının üzərinə hücum edib, əl, yumruq zərbələri ilə onun sifət, baş və bədəninin digər nahiyələrinə vurub.


Xanların barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Xanlar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, Nərminə ilə 2024-cü ildə ailə həyatı qurub, birgə nigahdan bir azyaşlı övladı var:

“Nərminə ilə son zamanlar aramızda ailə daxili mübahisələrimiz olur. Buna səbəb Nərminənin valideynlərinin bizim ailə işlərimizə müdaxilə etmələridir”.

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 19 radələrində Xırdalan şəhərində yaşadığı evə gələrkən Nərminənin mobil telefonuna zəng edib:

“Zəng etməkdə məqsədim evə marketdən nəsə alıb-almadığını öyrənmək olub. Lakin Nərminə telefon zənglərimə gec cavab verdi. Evə gəlib çatandan sonra buna görə Nərminəyə irad bildirdim. Bu səbəbdən aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək Nərminənin üzərinə gedərək əlim ilə onun sifət nahiyəsindən vurdum. Sonra mübahisələrimiz başa çatdı”.

Abşeron Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO