Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədovun uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatıb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Fəxri Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əlbir olaraq iş adamı Qurban Piriyevin yarım milyon manat pulunu və 34 minlik qızılını ələ keçirmələrinin sübut edildiyini elan edib. Dəymiş ziyanın böyük hissəsi ödənilməyib.
Hökmə əsasən, müttəhimlər ayrı-ayrılıqda xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib. Rasim İldırım 9 il 9 ay 14 gün, Zaur Mirzə-Zadə 10 il 3 ay 13 gün, Qoşqar Məmmədov isə il 9 il 9 ay 16 gün azadlıqdan məhrum edilib. Onlar üçü də məhkəmə zalında dərhal həbs ediliblər.
Qeyd edək ki, Rasim İldırımın bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadədədir. Zaur Mirzəzadə İctimai Maarif Mərkəzinin, eyni zamanda “bakutime.az”, “xalq.az” adlı saytların rəhbəridir. O, daha əvvəl də dələduzluğa görə məhkum edilmişdi.
Sonuncu müttəhim Qoşqar Məmmədov isə əvvəllər Balakən rayon seçki komissiyasının sədri işləyib. Onlar zərərçəkmiş Piriyevi rayonlardan birinə icra başçısı təyin edəcəkləri vədi ilə aldadıblar.
Bizim.Media


































































































