Arıqlama çayları və kofeləri, dərman preparatları, qida əlavələri kimi məhsulları internet üzərindən sifariş edərkən onların tərkibinə diqqət yetirilməsi tövsiyə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət edib:
“Araşdırmalar göstərir ki, bu qəbildən olan bəzi məhsulların tərkibində dövriyyəsi məhdudlaşdırılmış, güclü təsirə malik - sibutramin, preqabalin və qabapentin maddələri mövcuddur.
Xatırladaq ki, bu növ məhsullar sağlamlığınız üçün təhlükə yaratmaqla yanaşı, onların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi hüququ məsuliyyət də yaradır,”- Komitədən bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:41 / 04.06.2026
DGK-dən əhaliyə müraciət - Onlayn sifariş edilən məhsulların... – VİDEO
Hazırda oxunan: DGK-dən əhaliyə müraciət - Onlayn sifariş edilən məhsulların... – VİDEO
Hazırda oxunan: DGK-dən əhaliyə müraciət - Onlayn sifariş edilən məhsulların... – VİDEO
617232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































