Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda 19 yaşlı gənc suda boğulub.
MÖVZU İLƏ BAĞLI:
Cəlilabadda faciə - 19 yaşlı gənc təbii fəlakətin qurbanı oldu - FOTO
Bizim.Media xəbər verir ki, hadisə rayonun Privolnoye kəndi ərazisində baş verib.
Belə ki, 2007-ci il təvəllüdlü Abbasov Elşad Cəlal oğlu rayonun sözügedən kəndində yerləşən bənddə dostları ilə birgə çimməyə gedib. Sahil hissədə baş verən qəfil torpaq sürüşməsi nəticəsində yeniyetmə suya düşüb.
Dostları onu xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Daha sonra əraziyə cəlb olunan kənar şəxslərin köməyi ilə onun cansız bədəni sudan çıxarılıb.
Suda boğularaq həyatını itirən gəncin fotosunu təqdim edirik:

Qeyd edək ki, ailənin üç övladından biri olan gənc Göytəpə Peşə Liseyində təhsil alırmış.
Sabutay, Bizim.Media, Cənub bürosu































































































