Cəlilabadda faciə - 19 yaşlı gənc təbii fəlakətin qurbanı oldu - FOTO

Cəlilabadda faciə - 19 yaşlı gənc təbii fəlakətin qurbanı oldu - FOTO

Hazırda oxunan: Cəlilabadda faciə - 19 yaşlı gənc təbii fəlakətin qurbanı oldu - FOTO

615926

Cəlilabad rayonunda faciəvi hadisə baş verib.

Bizim.Media xəbər verir ki, 19 yaşlı gənc torpaq sürşməsinin qurbanı olub.

Belə ki, 2007-ci il təvəllüdlü Abbasov Elşad Cəlal oğlu Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində yerləşən bənddə 4 dostu ilə birlikdə çimməyə gedib. Sahil hissədə baş verən qəfil torpaq sürüşməsi nəticəsində yeniyetmə suya düşüb və güclü axın səbəbindən çətin anlar yaşayıb.
 

Hadisə yerində olan dostları onu xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Daha sonra əraziyə cəlb olunan kənar şəxslərin köməyi ilə onun cansız bədəni sudan çıxarılıb.


Məlumata görə, mərhum ailənin üç övladından biri olub və Göytəpə Peşə Liseyində təhsil alırmış.

Faktla bağlı araşdırma aparılır.







Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO