Qurban bayramı və 28 May Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (TƏBİB) stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq:
"Qurban bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.
Bakı şəhərində 140 təcili tibbi yardım briqadası, 63 region üzrə isə 280-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Qurban bayramı və 28 May Müstəqillik Günü ilə əlaqədar 27-31 may tarixləri qeyri-iş günü olacaq".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:34 / 26.05.2026
TƏBİB gücləndirilmiş iş rejiminə keçir
Hazırda oxunan: TƏBİB gücləndirilmiş iş rejiminə keçir
Hazırda oxunan: TƏBİB gücləndirilmiş iş rejiminə keçir
615608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































