Bakı metrosunda qatarların intervalında yubanmalar var – RƏSMİ

Bakı metrosunda qatarların intervalında yubanmalar var – RƏSMİ

Hazırda oxunan: Bakı metrosunda qatarların intervalında yubanmalar var – RƏSMİ

615571

Hazırda enerji təchizatında yaranmış gərginlik düşməsi səbəbindən "Bakı Metropoliteni" QSC-nin qatarlarının hərəkət intervalında 1-2 dəqiqəlik yubanmalar müşahidə olunur.

Bu barədə Bizim.Media-ya səhmdar cəmiyyətindən bildirilib.
 

Qeyd edilib ki, Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti və bəzi ərazilərə yağan güclü dolu nəticəsində Bakı metropolitenində sərnişin axınında artım qeydə alınıb.


Metropolitenin bütün aidiyyəti xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir, alternativ enerji mənbəyi kimi dizel generatorlar hazır vəziyyətdə saxlanılıb.

"Sərnişinlərdən anlayış göstərmələri və stansiyalarda təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunur", - məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO