"Bəzən məktəblərin yanında, qəssabxanalarda heyvanları kəsirlər və onun başını nümayiş etdirirlər. Uşaqlar da həmin ərazidən sağa-sola keçirlər. Məişət zorakılığının bir səbəbi də oradan başlayır".
Bizim.Media xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
Deputat uşaqların gözü qarşısında heyvan kəsilməsinin onların psixologiyasına vurduğu zərərə diqqət çəkərək, dövlət qurumlarını sərt addımlar atmağa çağırıb:
"Valideynlər uşaqlarını heyvanların qurban kəsilməsi mərasiminə aparırlar. Hətta o heyvanın qanından uşaqların alnına da çəkirlər. Bunun təkcə maarifləndirmə ilə qarşısını almaq mümkün deyil, müvafiq dövlət orqanları bu istiqamətdə ciddi addımlar atmalıdırlar".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:24 / 26.05.2026
Qüdrət Həsənquliyev: "Məktəblərin yanında heyvanları kəsirlər, başını nümayiş etdirirlər, bu isə…”
Hazırda oxunan: Qüdrət Həsənquliyev: "Məktəblərin yanında heyvanları kəsirlər, başını nümayiş etdirirlər, bu isə…”
Hazırda oxunan: Qüdrət Həsənquliyev: "Məktəblərin yanında heyvanları kəsirlər, başını nümayiş etdirirlər, bu isə…”
615480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































