Bu gün işdən 1 saat tez çıxacağıq

Bu gün işdən 1 saat tez çıxacağıq

Hazırda oxunan: Bu gün işdən 1 saat tez çıxacağıq

615434

Bu gün Azərbaycanda qısa iş günüdür.

Bizim.Media xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.

Belə ki, 27-28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür.

Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
 

Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir.


Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Eyni zamanda, əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

Qeyd edək ki, Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşəcək.

Əmək Məcəlləsinə əsasən, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbindən mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, 27, 28, 29 may, həmçinin həftəsonu - 30, 31 may tarixləri qeyri-iş günü olacaq.

Azərbaycanda iyunun 1-i növbəti iş günüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO