Bakıdan Tiflisə ilk sərnişin qatarı YOLA DÜŞDÜ

Bakıdan Tiflisə ilk sərnişin qatarı YOLA DÜŞDÜ

Hazırda oxunan: Bakıdan Tiflisə ilk sərnişin qatarı YOLA DÜŞDÜ

615402

Bakı-Tiflis-Bakı marşrutu üzrə ilk sərnişin qatarı Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da yola salınıb.

Bizim.Media xəbər verir ki, bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edir.

Sərnişinlərə komfort, komfort+ və lüks siniflər üzrə xidmət göstərir.

Qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq, Tiflisdən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

Bakı–Tiflis–Bakı qatarları Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacaq.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO