Şəkiyə dolu düşüb - FAKTİKİ HAVA

Şəkiyə dolu düşüb - FAKTİKİ HAVA

Hazırda oxunan: Şəkiyə dolu düşüb - FAKTİKİ HAVA

615152

Milli Hidrometeorologiya Xidmətinin mayın 24-ü saat 18:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.
 

Beyləqan, İmişli, Mingəçevir, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Göygöl, Daşkəsən, Sabirabad, Lerik, Ağdam, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Yevlax, Şəmkir, Göyçay, Culfada arabir şimşək çaxır, yağış yağır.


Saat 17:42-17:48 radələrində Kişçaya (Şəki) diametri 8-11 mm olan dolu düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO