Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA

Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA

Hazırda oxunan: Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
614609
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Belə ki, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yardımlı, Qusar, Balakən, Qax (Sarıbaş), Tovuz, Sabirabad, Salyan, Göygöl, Gəncə, Neftçala, Bərdə, Xızı, Şəmkir, Astara, Tərtər, Mingəçevir, Şəki, Şahdağ, Xınalıq, Tovuz arabir şimşək çaxır, yağış yağır.

Saat 11:41-11:46 radələrində Gədəbəy rayonuna diametri 11 mm olan, saat 15:37-15:39 radələrində Şəki şəhərinə diametri 10-12 mm, saat 16:04-16:10 radələrində isə Qax rayonunun Qaxbaş kəndinə diametri 8-10 mm olan dolu düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO