WUF13-də Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim olundu – FOTO

WUF13-də Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim olundu – FOTO

Hazırda oxunan: WUF13-də Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim olundu – FOTO

613912

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Türkiyə pavilyonunda Kahramanmaraş vilayətində salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim edilib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Kütləvi Mənzil Layihələri və Tədqiqat Mərkəzi şöbəsinin müdiri Ahmet Kutlu Gayretli Kahramanmaraşda yerləşən “Azərbaycan məhəlləsi”ndə ticarət obyektlərinin, ofislərin, idman zalının, mədəniyyət mərkəzinin və ticarət mərkəzinin (AVM) fəaliyyət göstərdiyini bildirib.
 
Onun sözlərinə görə, kompleksin ərazisində Heydər Əliyev adına məktəb də yer alır və bu məkan artıq Kahramanmaraşın ən gözəl və sürətlə inkişaf edən yaşayış ərazilərindən birinə çevrilib.
 
Qeyd olunub ki, Türkiyənin TOKİ layihəsi çərçivəsində zəlzələdən sonra Kahramanmaraşda “Azərbaycan məhəlləsi” adlanan ərazidə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilib. Layihə çərçivəsində 1223 yaşayış evi, 1789 ticarət obyekti, 464 ofis, mədəniyyət mərkəzi və Heydər Əliyev adına məktəb inşa olunub.
 

Bildirilib ki, həmçinin meydanların və digər ictimai məkanların təşkili ilə bağlı qərarlar da yekunlaşdırılıb. Layihənin əsas məqsədi təhlükəsiz, müasir və sosial ehtiyaclara cavab verən yaşayış mühitinin formalaşdırılmasıdır.


Beləliklə, “Azərbaycan məhəlləsi” layihəsi təkcə müasir şəhərsalma yanaşmasının nümunəsi olmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında qardaşlığın və həmrəyliyin real təcəssümü kimi çıxış edir.

Layihə zəlzələdən zərər çəkmiş ərazilərdə dayanıqlı və komfortlu yaşayış mühitinin yaradılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO