Bakıya normadan 6 dəfə çox yağış yağıb – RƏSMİ

Bakıya normadan 6 dəfə çox yağış yağıb – RƏSMİ

Hazırda oxunan: Bakıya normadan 6 dəfə çox yağış yağıb – RƏSMİ
613854
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 18-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub, Şahdağda qar yağıb.

Bakıda və Abşeron yarımadasında yağan yağış mayın 18-də gecə saatlarından kəsilsə də, bəzi rayonlarda yağıntılar davam edib.
 

Bakıda və Abşeron yarımadasında sutka ərazində düşən yağıntının miqdarı 116 mm qeydə alınıb ki, bu da aylıq normanın 589 %-ni təşkil edib.


Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Zaqatalada 38, Sarıbaşda (Qax) 36, Qəbələdə 26, Neftçalada 25, Kişçayda (Şəki) 24, Qobustanda 22, Şabran, Xızıda 15, Oğuzda 14, Xaltan, Qusarda 12, Daşkəsəndə 11, Qubada 9, Şahdağda 8, Qrız, Şamaxıda 7, Şahbuzda 5, Biləsuvar, Lerik, Xınalıq, Gədəbəydə 4, İsmayıllı, Xaçmaz, Tərtərdə 2, Naxçıvan, Şərur, Naftalan, Balakən, Beyləqan, İmişli, Sabirabad, Yardımlı, Astara, Ağdam, Cəlilabad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO