WUF13-ün ilk günündə iştirak edənlərin SAYI AÇIQLANDI

WUF13-ün ilk günündə iştirak edənlərin SAYI AÇIQLANDI

Hazırda oxunan: WUF13-ün ilk günündə iştirak edənlərin SAYI AÇIQLANDI

613807

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günündə, yəni mayın 17-də iştirakçıların sayı 21 108 nəfər təşkil edib.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu forum miqyasına görə həqiqətən qlobal xarakter daşıyır:

"Mayın 17-nə olan məlumata görə, qeydiyyatdan keçənlərin ümumi sayı 182 ölkədən 42 367 nəfərə çatıb. Forum, həmçinin praktiki həlləri və tərəfdaşlıqları nümayiş etdirmək üçün milli hökumətləri, şəhər administrasiyalarını, beynəlxalq təşkilatları, akademik dairələri, innovatorları və özəl sektor liderlərini bir araya gətirən dinamik "Urban Expo" (Şəhərsalma Sərgisi) ilə zənginləşdirilib.
 

"Urban Expo"nun statistikası foruma olan böyük marağı əks etdirir. Sərginin ümumi sahəsi təxminən 35 000 kvadratmetri əhatə edir və bunun təxminən yarısı sərgi sahəsidir. Ümumilikdə, 85 ölkədən 260 iştirakçı təşkilat 122 stend və pavilyonda təmsil olunur".


O əlavə edib ki, tərəfdaş növünə görə təşkilatlara nəzər salınarsa, onlardan 15-i akademiya və tədqiqat müəssisələri, ən böyük sayda – 136-sı vətəndaş cəmiyyəti nümayəndələri, 44-ü özəl sektor (o cümlədən 14 startap), milli hökumətlərə aid 41 pavilyon, 10 dövlət sektoru şirkəti və 6 yerli və regional hökumət nümayəndəsidir:

"Urban Expo"da 1 500 kvadratmetrlik sahədə layihələndirilmiş Azərbaycan pavilyonu bizim irsimizi, şəhərsalma yolumuzu, turizm cəlbediciliyimizi və Qarabağ ilə Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı yenidənqurma layihələrini nümayiş etdirəcək.

Pavilyon Azərbaycanın şəhər transformasiyası səyahətini təqdim edərək, "insanlarla birlikdə baxışdan fəaliyyətə" konsepsiyası əsasında hazırlanıb. WUF13-də biz həm Azərbaycanın töhfəsini, həm də forumun inkişaf edən ruhunu əks etdirən yeni təşəbbüsləri təqdim etməkdən qürur duyuruq. WUF13-ün əsas fərqləndirici xüsusiyyəti onun güclü, yüksək səviyyəli siyasi fəallığı olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO