Azərbaycanda Aşpazlıq Universiteti yaradıla bilər – Qastronomiya sahəsində YENİLİK

Azərbaycanda Aşpazlıq Universiteti yaradıla bilər – Qastronomiya sahəsində YENİLİK

Hazırda oxunan: Azərbaycanda Aşpazlıq Universiteti yaradıla bilər – Qastronomiya sahəsində YENİLİK

611800

Azərbaycanda aşpazlığın ali səviyyəyə – bakalavriat mərhələsinə qədər yüksəldilməsi nəzərdə tutulur.

Bu barədə Dövlət Turizm Agentliyinin Qastronomiya şöbəsinin direktoru Səkinə Əsgərova Bizim.Media-ya açıqlamasında məlumat verdi. O qeyd etdi ki, burada əsas məqsəd gənc aşpazların inkişafıdır.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə üç il ərzində 40-a yaxın gənc aşpaz İngiltərənin xüsusi lisenziyası əsasında təhsil alıb.

“Hazırda daha geniş planlar üzərində işləyirik. Çünki qastronomiya bir elmdir, biz aşpazlara sadəcə yemək bişirən insanlar kimi baxmırıq. Onlar ölkəni təmsil edir, Azərbaycanın reallıqlarını və mədəniyyətini mətbəx vasitəsilə dünyaya çatdırırlar. Müasir dövrdə qastronomiya artıq böyük trendə çevrilib.

İnsanlar bu gün təkcə güc və siyasət deyil, dadı, sevgini və mədəniyyəti tanımaq istəyirlər. Məhz buna görə də düşünürük ki, bu sahədə təhsil alan gənclər Azərbaycanın dadını, mədəniyyətini və həqiqətlərini dünyaya çatdırmalıdırlar. Necə ki, ölkəmiz regionun bir çox sahələrində liderdir, qastronomiya sahəsində də lider olmalıdır”.
 

S. Əsgərova diqqətə çatdırdı ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də “millidadlar.az” platformasıdır. Bu layihə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə hazırlanıb və ötən il istifadəyə verilib.


Saytda Azərbaycanın 400-dən çox milli mətbəx və qastronomiya nümunəsi yer alır. Bu, regionda ilk belə elektron qastronomiya platformasıdır.

“Millidadlar.az” interaktiv Azərbaycan qastronomiya xəritəsidir. İstifadəçilər burada 14 iqtisadi rayon üzrə yeməklərin təqdimatını, fotoşəkillərini, inqrediyentlərini və hazırlanma qaydalarını görə bilirlər.
 

Bu ildən etibarən isə layihəyə yeməklərin hekayələri də əlavə olunur. Çünki dünya turistləri daha çox hekayələri sevirlər. İnsanlar bir yeməyin sadəcə tarixini deyil, onun özəlliyini və mədəni mənasını öyrənmək istəyirlər.


Hazırda platformanın ingilis dili versiyası üzərində də iş aparılır. Beynəlxalq ekspertlər və türkoloqlarla əməkdaşlıq edilir. Məqsəd odur ki, təqdim olunan məlumatlar təsadüfi reseptlər deyil, Azərbaycanın klassik milli mətbəx və qastronomiya nümunələri kimi elmi əsaslarla təqdim olunsun.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO