“Avropa Parlamentinin aprelin 30-da qəbul etdiyi “qətnamə” bir daha göstərdi ki, bu qurum regionda real vəziyyəti dəyərləndirməkdən daha çox siyasi sifarişlər əsasında hərəkət edir. Sənəddə yer alan iddiaların əsassız olduğu, faktlara deyil, qərəzli yanaşmalara söykəndiyi açıq görünür”.
Bunu Bizim.Media-ya açıqlamasında tanınmış jurnalist Seymur Verdizadə deyib.
Seymur Verdizadə qeyd edib ki, qətnamə adlandırılan bu kağız parçası yalnız Azərbaycana qarşı deyil, bütövlükdə Cənubi Qafqazda formalaşmaqda olan sabitliyə və sülh prosesinə qarşı yönəlmiş addımdır. Bu isə onu deməyə əsas verir ki, Avropa Parlamenti regionda yaranan yeni reallıqları qəbul etmək istəmir və köhnə, artıq iflasa uğramış yanaşmalarla proseslərə təsir göstərməyə çalışır.
Jurnalist avropalı deputatlara sual ünvanlayıb:
“Niyə bu “həssaslıq” və “insan haqları narahatlığı” 30 il ərzində görünmürdü? Azərbaycan torpaqları işğal altında olanda, 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşəndə Avropa Parlamenti harada idi? Niyə həmin dövrdə bircə dəfə belə qətnamələr qəbul olunmadı? Hətta Xocalı qətliamı baş verəndə belə bu qurumdan ciddi reaksiya gəlmədi. Bu gün isə eyni qurum selektiv yanaşma sərgiləyərək birtərəfli mövqe ortaya qoyur və regiondakı reallıqları təhrif etməyə çalışır. Bu, açıq-aşkar ikili standartların, siyasi riyakarlığın bariz nümunəsidir”.
Seymur Verdizadə təəssüflə qeyd edib ki, Avropa Parlamenti bir tərəfdən “ədalət” və “hüquq”dan danışır, digər tərəfdən isə Xocalı cəlladlarının azadlığa buraxılması ilə bağlı çağırış edir:
“Üç yüz min Qərbi azərbaycanlının öz doğma torpaqlarına qayıdışı məsələsi isə ümumiyyətlə gündəmə gətirilmir. Halbuki beynəlxalq hüquq baxımından həmin insanların da geri dönməyə haqqı var. Qarabağı könüllü şəkildə tərk edən bir ovuc erməninin şəxsi seçiminə siyasi rəng verən Avropa Parlamentinin illərdir “Göyçə, Zəngəzur” deyib haray çəkən onminlərlə insanı “görməməsi” hüquqa, nə ədalətə, nə də insani dəyərlərə sığır. Yumşaq desək, bunun adı riyakarlıqdır, ikiüzlülükdür”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:14 / 06.05.2026
“Yumşaq desək, bunun adı riyakarlıqdır, ikiüzlülükdür!”
Hazırda oxunan: “Yumşaq desək, bunun adı riyakarlıqdır, ikiüzlülükdür!”
Hazırda oxunan: “Yumşaq desək, bunun adı riyakarlıqdır, ikiüzlülükdür!”
611493
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































