Sumqayıtda evdə YANĞIN: Ana və qızı tüstüdən zəhərləndi – FOTO

Sumqayıtda evdə YANĞIN: Ana və qızı tüstüdən zəhərləndi – FOTO

Hazırda oxunan: Sumqayıtda evdə YANĞIN: Ana və qızı tüstüdən zəhərləndi – FOTO

611304

Sumqayıtda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.
 

İlkin məlumata görə, evdə baş verən yanğın qısa müddətdə genişlənib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub.


Alov qısa müddətdə söndürülüb və yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı evdə olan ana və qızı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO