Aprelin 21-də Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində insident baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, məktəbin IX sinif şagirdi eyni təhsil ocağında oxuyan VIII sinif şagirdinə aralarında yaranan mübahisə zamanı yüngül xəsarət yetirib.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, xəsarət alan şagird tibb müəssisəsinə yerləşdirilib, ona müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Qeyd olunub ki, şagirdin səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu





































































































