Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Hazırda oxunan: Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir
606521
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026-cı ilin birinci rübündə qlobal smartfon tədarükləri Yaxın Şərqdəki gərginlik və yaddaş komponentlərinin çatışmazlığı fonunda illik müqayisədə 6% azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə tədqiqat şirkəti olan “Counterpoint Research” məlumat yayıb.
 

Analitiklərə əsasən, azalmanın əsas səbəbi yaddaş istehsalçılarının əsasən süni intellekt məlumat mərkəzlərinin tədarükünə fokuslanması olub. Əlavə təsiredici kimi Yaxın Şərqdəki münaqişə fonunda istehlakçı əhval-ruhiyyəsinin pisləşməsi göstərilir.


Bu şəraitdə “Apple” tarixində ilk dəfə olaraq ilin birinci rübündə qlobal smartfon bazarına liderlik edib, 21% paya sahib olub və tədarüklərini 5% artırıb.

“Counterpoint Research” şirkətin uğurunu premium mövqeləndirmə, yaxşı qurulmuş təchizat zənciri və Çin bazarında güclü nəticələrlə izah edir.

Belə ki, 2026-cı ilin ilk doqquz həftəsində Çində “iPhone” satışları 23% artıb.

Digər yandan , “Samsung” tədarükləri illik müqayisədə 6% azalsa da, 20% bazar payı ilə ikinci yeri qoruyub saxlayıb. İstehsalçının göstəricilərinə “Galaxy S26” modelinin təqdimatının təxirə salınması və büdcə seqmentində zəif nəticələr mənfi təsir göstərib. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO