Bərdə bazarında ANTİSANİTARİYA - FOTO

Bərdə bazarında ANTİSANİTARİYA - FOTO

Hazırda oxunan: Bərdə bazarında ANTİSANİTARİYA - FOTO
604606
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bərdə ərzaq bazarında nöqsanlar aşkarlanıb

Bizim.Media Qida Təhlükəsizliyi Agentliyinə istiadən xəbər verir ki, qurumun Qarabağ regional bölməsinin əməkdaşları Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən, “Bərdə Ticarət” ASC-yə məxsus bazarda yoxlama keçirib.

Baxış zamanı bazarda süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatları olmayan məhsulların satışa çıxarıldığı, qida məhsullarının satışı zamanı çarpaz çirklənmə hallarına yol verildiyi, işçi masaların səthinin asan təmizlənən materialla üzlənmədiyi və digər nöqsanlar müəyyən edilib.

Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində tədbirlər həyata keçirəcək.

Bərdə bazarında ANTİSANİTARİYA - FOTO - foto 1
Bərdə bazarında ANTİSANİTARİYA - FOTO - foto 2
Bərdə bazarında ANTİSANİTARİYA - FOTO - foto 3
Bərdə bazarında ANTİSANİTARİYA - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO