Şəhid Rəsul Ağayev Sabirabadda torpağa tapşırıldı – FOTO

Şəhid Rəsul Ağayev Sabirabadda torpağa tapşırıldı – FOTO

Hazırda oxunan: Şəhid Rəsul Ağayev Sabirabadda torpağa tapşırıldı – FOTO
597190
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Babaxan olu Ağayev Sabirabad rayon Nərimankənd kənd qəbiristanlığında dəfn olunub.

Bizim.Media xəbər verir ki, əvvəlcə Nərimankənd kəndində şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Rəsul Ağayev hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Rəsul Ağayev 1968-ci ildə Nərimankənd kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1992-ci il Sırxavənd kəndi (Ağdərə) istiqamətində gedən döyüşlərdə itkin düşüb. Rəsul Ağayev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.

Şəhid Rəsul Ağayev Sabirabadda torpağa tapşırıldı – FOTO - foto 1
Şəhid Rəsul Ağayev Sabirabadda torpağa tapşırıldı – FOTO - foto 2
Şəhid Rəsul Ağayev Sabirabadda torpağa tapşırıldı – FOTO - foto 3
Şəhid Rəsul Ağayev Sabirabadda torpağa tapşırıldı – FOTO - foto 4
Şəhid Rəsul Ağayev Sabirabadda torpağa tapşırıldı – FOTO - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO