Qarabağ və Şərqi Zəngəzurda ötən il 191 küçə üzrə ünvan təyin edilib

Qarabağ və Şərqi Zəngəzurda ötən il 191 küçə üzrə ünvan təyin edilib

Hazırda oxunan: Qarabağ və Şərqi Zəngəzurda ötən il 191 küçə üzrə ünvan təyin edilib
592972
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində (Qarabağ və Şərqi Zəngəzur) ümumilikdə 191 küçə üzrə 9 153 giriş ünvanı, 2 943 daxili ünvan təyinatı aparılaraq Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əks olunmuş tədbirlər, o cümlədən, torpaqların elektron kadastr uçotu, yerquruluşu və torpaq tədqiqatları istiqamətində işlər davam etdirilib.

İl ərzində işğaldan azad edilmiş ərazilərdə torpaq tədqiqatı üzrə 140.2 min ha, geobotaniki tədqiqat üzrə isə 95.5 min ha ərazidə kameral işlər aparılıb. Bununla yanaşı, ümumilikdə 233.7 min ha sahədə laboratoriya işləri yerinə yetirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO