276 minlik brend malları ölkəyə qanunsuz keçirmək istədi – FOTO

276 minlik brend malları ölkəyə qanunsuz keçirmək istədi – FOTO

Hazırda oxunan: 276 minlik brend malları ölkəyə qanunsuz keçirmək istədi – FOTO
583302
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən böyük həcmdə kommersiya təyinatlı malların şəxsi istifadə məqsədilə keçirilmə halı aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ankara-Bakı aviareysilə gələn sərnişin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etməklə kommersiya həcmində olan qızıl-zinət əşyaları və geyimləri ölkə ərazisinə keçirməyə cəhd göstərib.

Gömrük əməkdaşlarının risk əsaslı gömrük nəzarəti zamanı sərnişin gömrük yoxlamasına dəvət olunub.

Vətəndaşın yüklərinə baxış zamanı ona məxsus baqajdan və əl çantasından əvvəlcədən gömrük orqanına bəyan edilməyən ayaqqabı, çanta, üst geyimlərindən ibarət 32 ədəd kommersiya təyinatlı brend məhsullar (Celine, Chanel, Hermes, Dolce & Gabanna, Dior, Burberry, Louis Vuitton, Prada, Loro Piano) və “Bulqari” markalı zərgərlik məmulatları aşkar edilib.
 

Aşkar edilən əşyaların ümumi təqribi dəyəri 276 000 AZN təşkil edir. Qeyd edilib ki, bir sıra hallarda sosial şəbəkələr vasitəsilə malların satışını həyata keçirən şəxslər tərəfindən ticarət qaydaları əsasında deyil, güzəştli qaydada keçirilməsi üçün müəyyən edilmiş normalardan artıq böyük həcmdə olan malları şəxsi istifadə məqsədi kimi yanlış məlumat verməklə ölkə ərazisinə gətirilməsinə cəhd göstərilir. Bu növ hallar ölkənin gömrük qaydalarına ziddir və məsuliyyət yaradır.


Faktla bağlı araşdırma aparılır.

276 minlik brend malları ölkəyə qanunsuz keçirmək istədi – FOTO - foto 1
276 minlik brend malları ölkəyə qanunsuz keçirmək istədi – FOTO - foto 2
276 minlik brend malları ölkəyə qanunsuz keçirmək istədi – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO