“Həmkardan həmkara qayğı ilə” Gədəbəydə - FOTO

“Həmkardan həmkara qayğı ilə” Gədəbəydə - FOTO

Hazırda oxunan: “Həmkardan həmkara qayğı ilə” Gədəbəydə - FOTO
575146
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və özəl sektordan olan tərəfdaşlarla birgə reallaşdırdığı “Həmkardan həmkara qayğı ilə” sosial layihəsinin növbəti aksiyası Gədəbəydə keçirilib.

Bizim.Media xəbər verir ki, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar müayinə zamanı kardiologiya, endokrinologiya, urologiya, oftalmologiya, travmatologiya-ortopediya və nevrologiya sahələri üzrə peşəkar həkim heyəti tərəfindən tibbi xidmətlər göstərilib.

İki gün davam edən aksiya zamanı ümumilikdə 640 rayon sakini müayinədən keçib, səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.

Qeyd edək ki, “Həmkardan həmkara qayğı ilə” sosial layihəsinin məqsədi ittifaq üzvlərinin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı artırmaq və dövlətin sosial siyasətinə töhfə verməkdir. İndiyədək layihə çərçivəsində 2250-ə yaxın vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb. “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.

“Həmkardan həmkara qayğı ilə” Gədəbəydə - FOTO - foto 1
“Həmkardan həmkara qayğı ilə” Gədəbəydə - FOTO - foto 2
“Həmkardan həmkara qayğı ilə” Gədəbəydə - FOTO - foto 3
“Həmkardan həmkara qayğı ilə” Gədəbəydə - FOTO - foto 4
“Həmkardan həmkara qayğı ilə” Gədəbəydə - FOTO - foto 5
“Həmkardan həmkara qayğı ilə” Gədəbəydə - FOTO - foto 6
“Həmkardan həmkara qayğı ilə” Gədəbəydə - FOTO - foto 7
“Həmkardan həmkara qayğı ilə” Gədəbəydə - FOTO - foto 8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO