AQTA daha 12 müəssisədə pozuntular aşkarladı - SİYAHI

AQTA daha 12 müəssisədə pozuntular aşkarladı - SİYAHI

Hazırda oxunan: AQTA daha 12 müəssisədə pozuntular aşkarladı - SİYAHI
50874
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 14-də ölkə üzrə 394 ictimai iaşə obyektində 694 monitorinq keçirilib.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal‎ rayonu, N. Nərimanov pr., ev 9 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ağa Hacıməmməd oğluna məxsus “Nəlbəki” restoranı;

2. Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küç., ev 71 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlham Valeh oğluna məxsus “Zoğal” restoranı;

3. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr., ev 37E ünvanında yerləşən, fiziki şəxs Əliyev Eldəniz Heydər oğluna məxsus kafe;

4. Bakı şəhəri, Xətai rayonu, Xocalı pr., ev 14 ünvanında yerləşən, fiziki şəxs Məmmədxanova İradə Arif qızına məxsus “Yuka” restoranı;

5. Bakı şəhəri, Xətai rayonu, S. Vəzirov küç., ev 35 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Amin Asif oğluna məxsus kafe;

6. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 20-ci sahə, A. İsmayılov küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Qafarzadə Emil Rahib oğluna məxsus kafe;

7. Hacıqabul rayonu, Bakı-Şirvan yolunda yerləşən, fiziki şəxs Rüstəmov Mikayıl İsmayıl oğluna məxsus kafe;

8. Şirvan şəhəri, G. Şıxbala küçəsində yerləşən, fiziki şəxs Cəfərov Elxan Alxan oğluna məxsus kafe;

9. Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən, fiziki şəxs Əhmədov Seyfulla Ramazan oğluna məxsus kafe;

10. Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Qədirov Amid Yengibar oğluna məxsus kafe;

11. Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən, fiziki şəxs Hümbətov İlqar Nurəddin oğluna məxsus kafe;

12. Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Roman Nazim oğluna məxsus kafe.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO