Ombudsman Aparatı Əfqan Sadıqovla bağlı məlumat yaydı

Ombudsman Aparatı Əfqan Sadıqovla bağlı məlumat yaydı

Hazırda oxunan: Ombudsman Aparatı Əfqan Sadıqovla bağlı məlumat yaydı
4233
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan Əfqan Sadıqovun vəziyyətini və hüquqlarını diqqət mərkəzində saxlayır.

Bizim.Media bildirir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Ombudsmanın tapşırığı əsasında Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Bakı İstintaq Təcridxanasına keçirilən başçəkmələr çərçivəsində qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Əfqan Sadıqov iki dəfə konfidensial qaydada qəbul olunub. Qəbulda Əfqan Sadıqov barəsində olan cinayət işi və məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını qeyd edib.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi qəbul zamanı ona səhhətində ciddi problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı, müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə isə onun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib. Əfqan Sadıqova hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Eyni zamanda qeyd olunub ki, hər gün BİT-in rəhbərliyi və bu müəssisənin Tibb-sanitar hissəsi ilə əlaqədə həmin şəxsin səhhəti nəzarətdə saxlanılır, ailə üzvlərinə bu barədə məlumat verilir. 

Əfqan Sadıqovun vəkili Zibeydə Sadıqovanın Ombudsmana ünvanlanmış ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinə müraciət də olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO