Polisin öldürdüyü qadının son səs yazısı YAYILDI – AUDİO

Polisin öldürdüyü qadının son səs yazısı YAYILDI – AUDİO

Hazırda oxunan: Polisin öldürdüyü qadının son səs yazısı YAYILDI – AUDİO

40059

Sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində polis əri tərəfindən qətlə yetirilən Xanım Məmmədovanın səs yazısı üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, səs yazısında dayısı qızı ilə danışan X.Məmmədova həyat yoldaşı İ.Məmmədovun ona qarşı zor tətbiq etdiyini deyir: 

"Sona, salam. Axşamın xeyir. Neçə vaxtdır, elə onunla tanış olduğum gündən bu vəziyyətdəyəm. Son vaxtlar da münasibətimiz, danışıqlarımız, davranışlarımız lap pisdir. Yəni, onun davranışı. Bu gün artıq son idi. İşdən yarımçıq gəldi evə, döydü, söydü, çırpdı, vurdu, nə bilim telefonu əlimdən aldı. Başımı çırpdı divara, "şifonerə”, yerə, nə bilim, şillə, təpik yumruq… Dedim İsmayıl, uşaqları da götürüb çıxıb gedəcəyəm. Telefonu əlimdən aldı, nömrəni qırdı ki, heç kimə zəng edə bilməyim. Qapını da çöldən bağlayıb işə getdi. Taksi axtardım ki, Biləcəriyə gedim. Məni görüb aparmaq istəmədi, qorxdu. Dedim nə qədər istəsən, verəcəyəm, bircə məni apar. Razılaşdı”. 

X.Məmmədova səsin davamında problemin qaynaqlandığı səbəbi də qeyd edib: 

"Söhbət də onun üstündə oldu ki, Vaqifin məktəbi başladı. Uşağın məktəbi başlayandan bizim problemlərimiz var. Müəllimə "WhatsApp” qrup açıb. Allah kömək olmuş mənə "Iphone” telefon alıb, içində "YouTube”dan başqa heç nə yoxdur. Özünün ayrı bir nömrəsinə "WhatsApp” yükləyib. Mən də müəllimə demişəm ki, sal bu nömrəni qrupa mənim də məktəbdən xəbərim olsun. Müəllimə də demişəm ki, guya öz nömrəmdir”. 

Səs yazısının X.Məmmədovaya aid olmasını Oxu.Az-a onun qardaşı Aqil Əliyev təsdiq edib.  

Qeyd edək ki, Xanım Məmmədova sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahla qətlə yetirilib. İ.Məmmədov işdən çıxarılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO