XVII Avrasiya Media Forumu onlayn formatda keçiriləcək

XVII Avrasiya Media Forumu onlayn formatda keçiriləcək

Hazırda oxunan: XVII Avrasiya Media Forumu onlayn formatda keçiriləcək
36551
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanın paytatı Nur-Sultanda bu il sentyabr 15-17-də XVII Avrasiya Media Forumu keçiriləcək. Forum, dünya və yerli mətbuat nümayəndələrini, beynəlxalq ekspertləri, siyasətçiləri, elm adamlarını, ictimai və mədəniyyət xadimlərini bir araya gətirəcək.

Bizim.Media xəbər verir ki, bir illik fasilədən sonra forum onlayn formatda keçiriləcək.

Bu il Avrasiya Media Forumunun proqramının ilk günü dünyanın aparıcı mütəxəssislərinin praktiki ustad dərslərinə həsr olunacaq və tədbir çərçivəsində “Türkdilli ölkələrin kütləvi informasiya vasitələri. Yeni bir reallıqda əməkdaşlığın inkişafı.” adlı dəyirmi masa keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib


​​​​​​​Forumun ikinci və üçüncü günlərinin mövzuları dünya siyasəti və iqtisadiyyatı, media, ekologiya, təhsil və futurologiya kimi sahələri əhatə edəcək.

Tanınmış beynəlxalq və Qazaxıstan mütəxəssisləri pandemiyanın qlobal proseslərə və insan münasibətlərinə təsirini, media və texnologiya sahəsindəki tendensiyaları, qeyri -dəqiq məlumatların həddindən artıq çox olması problemini, yeni ekoloji gündəmi müzakirə edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO