Sumqayıtda pedofil SAXLANILDI - FOTO

Sumqayıtda pedofil SAXLANILDI - FOTO

Hazırda oxunan: Sumqayıtda pedofil SAXLANILDI - FOTO
28943
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər ərazisində yeniyetməyə qarşı seksual xarakterli zorakılıq edən şəxs saxlanılıb.

Bizim.Media apa-ya istinadla bildirir ki, əməliyyat tədbirləri nəticəsində məlum olub ki, şəhərin “Xəzər bağları” yaşayış massivi ərazisində yaşayan 1979-cu il təvəllüdlü Avtandil Qasımov (ad şərtidir) 14 yaşlı Pərvin Şərifova (ad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib.

O, həmin ərazidə velosiped sürən, əqli geriliyi olan oğlan uşağının anlaqsız vəziyyətdən istifadə edərək onu dənizkənarına aparıb. Və orada çirkin niyyətini həyata keçirmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

A. Qasımov etdiyi hərəkəti etiraf edib və həmin günü ağır dərəcədə spirtli içki qəbul etdiyini bildirib. O, 14 yaşlı P. Şərifovu əvvəldən tanıdığını da deyib.

Aparılan araşdırma zamanı A. Qasımovun zorlama ilə məhkum olunduğu və 11 il həbs həyatı yaşadığı da məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərərçəkən və hələ də polisə müraciət etməyən başqa şəxslər varsa, bu barədə Sumqayıt şəhər Polis İdarəsinin (+994 18) 654-02-02 telefon nömrəsinə zəng edib məlumat verə bilərlər.

Bizim.Media

Sumqayıtda pedofil SAXLANILDI - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO