Yasamalda binaya qanunsuz artırılan eyvan söküldü - Fotolar

Yasamalda binaya qanunsuz artırılan eyvan söküldü - Fotolar

Hazırda oxunan: Yasamalda binaya qanunsuz artırılan eyvan söküldü - Fotolar
265328
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yasamal rayonunda “Üç tac”ın qarşısında yerləşən yeni tikilən çoxmərtəbəli yaşayış binasında qanunsuz olaraq eyvan artırılıb.

Bizim.Media “Baki-baku.az”a istinadla xəbər verir ki, eyvan artırması köhnə və ya baxımsız bir tikili də yox, məhz müasir, yeni inşa edilmiş binada edilib. 
 

Paytaxtda son illərdə şəhərsalma normalarına uyğun tikilən, estetik və təhlükəsizlik standartlarına cavab verən binalarda belə halların olması ictimaiyyətdə də təəccüb doğurub. Söhbət hələ istismar müddətinin başlanğıcında olan, şəhərin müasir memarlıq görünüşünə aid bir binadan gedir.


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən hadisə ilə bağlı araşdırma aparılıb və eyvanın qanunsuz olaraq artırılması təsdiqlənib.

Şəhərin kommunal strukturunun əməkdaşları dərhal sözügedən əraziyə gedib və qanunsuz artırılan eyvanın söküntüsü həyata keçirilib.

Vətəndaşa törətdiyi qanunsuz əməlin yaradacağı fəsadları ilə bağlı xəbərdarlıq edilib, binanın konstruksiyasının zərər görə biləcəyi, şəhərin estetik görünüşünə xələl gətirməsi istiqamətində maarifləndirici söhbət aparılıb.

Bakı Şəhər İcra Hakimiyyəti bildirir ki, qanunsuz tikililərin qarşısının alınması istiqamətində tədbirlər davam etdiriləcək və bu kimi hallara yol verən şəxslər barəsində qanunvericiliyə uyğun addımlar atılacaq.

Yasamalda binaya qanunsuz artırılan eyvan söküldü - Fotolar - foto 1
Yasamalda binaya qanunsuz artırılan eyvan söküldü - Fotolar - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO