2030-cu ilə qədər AZAL öz donanmasını YENİLƏYƏCƏK

2030-cu ilə qədər AZAL öz donanmasını YENİLƏYƏCƏK

Hazırda oxunan: 2030-cu ilə qədər AZAL öz donanmasını YENİLƏYƏCƏK
247241
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"2050-ci ilə qədər beynəlxalq aviasiya sahəsində xalis sıfır hədəfinə nail olmaq planlaşdırılıb. AZAL-da bununla bağlı öhdəliklər götürüb. 2030-cu ilə qədər AZAL öz donanmasının yenilənməsi üçün 20-dən çox təyyarəni öz donanmasına əlavə etməyə hazırlıq işi görür”.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov "Nəqliyyat İnfrastrukturunda davamlı həllər media müstəvisində" keçirilən panel sessiyasında çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum KEÇİRİLİR - FOTO


Onun sözlərinə görə, bəzən olur ki, şirkətlər tərəfindən hər hansı bir hadisə və vəziyyət yarandıqda şirkətlər reaktiv şəkildə münasibət bildirirlər. 

"Hadisələrin mediaya çatdırılmasında əziyyət çəkirlər. Bunun üçün bir sıra tədbirlər görülməlidir. AZAL olaraq hər hansı bir böhran və insident baş verməmişdən əvvəl kommunikasiya strategiyasını elə bir şəkildə qurmuşuq ki, artiq ictimaiyyət doğru məlumatları əldə etsin. Kommunikasiyada proaktiv yanaşma əhəmiyyətlidir.
 

Bəzən aviasiya sahəsində aviareyslərin həyata keçirilməsində gecikmələr olur. Müşahidə edirik ki, cəmiyyətin bu prosesə yanaşması da dəyişib. Müsbət bir tendensiya izləyirik ki, sərnişinlərin təhlükəsizliyinin ən vacib məsələ olduğunu anlayırlar. Burada media nümayəndələrinin rolu olduqca əhəmiyyətlidir". 


O bildirib ki, yaxın müddətdə ötən ilin dayanıqlılıq hesabatı  ictimaiyyətə çatdırılacaq. 

Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Mədia

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO