Bakıda məşhur restoranda kütləvi ZƏHƏRLƏNMƏ: 32 nəfər...

Bakıda məşhur restoranda kütləvi ZƏHƏRLƏNMƏ: 32 nəfər...

Hazırda oxunan: Bakıda məşhur restoranda kütləvi ZƏHƏRLƏNMƏ: 32 nəfər...
244948
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

Bizim.Media “teleqraf.az”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.
 

Zəhərlənənlərin hər biri Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Zəhərlənənlər arasında qonaqlarla yanaşı toyda oxuyan müğənnilərin də olduğu bildirilir.


KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, 19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

"Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb", - deyə o əlavə edib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO