Hərbi formanı yalnız xüsusi günlərdə GEYİNƏ BİLƏCƏKLƏR

Hərbi formanı yalnız xüsusi günlərdə GEYİNƏ BİLƏCƏKLƏR

Hazırda oxunan: Hərbi formanı yalnız xüsusi günlərdə GEYİNƏ BİLƏCƏKLƏR
243558
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Məclis həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılanların hərbi geyim formasını daşıya biləcəyi günlərlə bağlı dəyişikliyi son oxunuşda qəbul edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə daşıya biləcəklər.

Bundan başqa, əsasnamədəki mövcud dəyişikliklə əlaqəli İnzibati Xətalar Məcəlləsinə (İXM) yeni maddə əlavə edilir.

Belə ki, təklif edilən yeni maddəyə görə, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə 500 manatdan 700 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
 

Bundan başqa, İMX-yə təklif olunan daha bir dəyişiklə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımaya görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1 000 manatadək (hazırda 300-500 manat) məbləğdə cərimənin olması təklif edilib.


Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO