Dəhşətli qəzada ölənlərdən biri qazi imiş - FOTO

Dəhşətli qəzada ölənlərdən biri qazi imiş - FOTO

Hazırda oxunan: Dəhşətli qəzada ölənlərdən biri qazi imiş - FOTO
233477
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, fevralın 4-ü gecə saat 00 radələrində Xəzər rayonu Qala-Zirə yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, qəzada həyatını itirən şəxslərdən biri – 39 yaşlı Rövşən Emin oğlu Hüseynov Vətən müharibəsi qazisi imiş. 2020-ci ilin oktyabrın 13-ü döyüşdə ağır yaralanan Rövşən 3-cü qrup əlilliklə ordudan təxris edilib.

Onun 2 azyaşlı övladı yadigar qalıb.

Qeyd edək ki, hadisə vaxtı Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 22 yaşlı Nazim Musayevin sükanı arxasında olduğu “Toyota Prius” markalı maşın toqquşub. Nəticədə “Saipa”da olan sərnişinlər - Polad Salmanov, Rövşən Hüseynov və “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.

“Toyota Prius”un sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Dəhşətli qəzada ölənlərdən biri qazi imiş - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO