Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonunun iki kəndi və Zəngilan şəhərinə məcburi köçkün ailələrinin köçürülməsinə 600 min manata yaxın vəsait xərcləyib.
Bizim.Media xəbər verir ki, Komitə bununla bağlı tender keçirib.
Ağdamın Sarıcalı, Kəngərli kəndlərinə və Zəngilan şəhərinə məcburi köçkün ailələrinin köçürülməsi üzrə tenderin qalibi "Evakuator.az" MMC seçilib.
Qalib şirkətlə 588 min 395 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan sözügedən daşıma şirkəti 2016-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Aqil İsmayıl oğlu Zeynalovdur.
Mediaada yayılan məlumatlarda Aqil Zeynalovun Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu olduğu bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:18 / 05.12.2024
Ağdamın iki kəndi və Zəngilana əhalinin köçürülməsi üçün 600 min manat xərclənib
Hazırda oxunan: Ağdamın iki kəndi və Zəngilana əhalinin köçürülməsi üçün 600 min manat xərclənib
Hazırda oxunan: Ağdamın iki kəndi və Zəngilana əhalinin köçürülməsi üçün 600 min manat xərclənib
223821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.