Göygöldə qəzada ölən və yaralananların kimliyi BİLİNDİ – FOTO

Göygöldə qəzada ölən və yaralananların kimliyi BİLİNDİ – FOTO

Hazırda oxunan: Göygöldə qəzada ölən və yaralananların kimliyi BİLİNDİ – FOTO
217693
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göygöl-Kəlbəcər yolunda baş verən ağır qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, hərəkətdə olan "Opel" və "VAZ-21015" markalı iki avtomobilin toqquşması nəticəsində Göygöl rayon sakinləri 2006-cı il təvəllüdlü Fariz Məhərrəmov, 1984-cü il təvəllüdlü Xəyal Rzayev və 2006-cı il təvəllüdlü Heydər Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Göygöldə AĞIR QƏZA – Ölən və yaralananlar var - VİDEO


"VAZ-21015" markalı avtomobilin digər sərnişini, 2006-cı il təvəllüdlü Ramal Qurbanzadə hadisə zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Göygöldə qəzada ölən və yaralananların kimliyi BİLİNDİ – FOTO - foto 1
Göygöldə qəzada ölən və yaralananların kimliyi BİLİNDİ – FOTO - foto 2
Göygöldə qəzada ölən və yaralananların kimliyi BİLİNDİ – FOTO - foto 3
Göygöldə qəzada ölən və yaralananların kimliyi BİLİNDİ – FOTO - foto 4

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO