
- A-
- A
- A+
Cəmiyyət
11:12 / 11.03.2018
2 dəq oxunma
Azərbaycan əhalisinin milli tərkibi - SİYAHI
Hazırda oxunan: Azərbaycan əhalisinin milli tərkibi
- SİYAHI
216720
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Moderator.az xəbər verir ki, Modern.az əhalinin siyahıya alınmalarının məlumatlarına əsasən Azərbaycandakı əhalinin milli təkibi haqqında məlumatları araşdırıb.
Rəsmi statistikanın araşdırılması zamanı məlum olub ki, ölkə əhalisinin sayı 1926-cı ildə 2314,6 min nəfər olub. Onlardan 1438 mini azərbaycanlılar, 37,3 mini ləzgilər, 282 mini ermənilər, 220,5 mini ruslar, 77,3 mini talışlar, 19,1 avarlar, 9,9 mini tatlar, 18,2xa0 mini ukraynalılar, 15,6 mini saxurlar, 9,5 gürcülər, 30,9 mini yəhudilər, 41,2 mini kürdlər, 2, 4 mini udinlər, 112, 7 mini digər millətlər idi.
1939-cu ildə Azərbaycan əhalisinin sayı 3205,2 min nəfər, 1959-cu ildə 3697,7 min nəfər, 1970-cu ildə 5117,1 min nəfər, 1979-cu ildə 6026,5 min nəfər, 1989-cu ildə 7021,2 min nəfər, 1999-cu ildə 7953,4 min nəfər olub.
Sonuncu siyahıya alınma zamanı Azərbaycan əhalisinin sayı ( 2009-cu ildə) 8922,4 nəfərə çatıb.
Son rəsmi statistikaya görə, əhalinin 8172,8 minini azərbaycanlılar (91, 6 %) , 180,3 minini ləzgilər (2,0 %), 120,3 minini ermənilər(1,3 %), 119,3 minini ruslar (1,3 %) , 112 minini talışlar (1,3 %), 49,8 minini avarlar (0,6 %), 38 minini türklər(0,4 %), 25,9 minini tatarlar (0,3 %), 25,2 minini tatlar (0,3 %), 21,5 minini ukraynalılar (0,3 %), 12,3 minini saxurlar (0,1 %), 9,9 minini gürcülər (0,1 %), 9,1 minini yəhudilər (0,1 %), 6,1 minini kürdlər (0,1 %), 4,4 minini qrızlar (0,4 %), 3,8 mininixa0 udinlər (0,4 %), 2,2 minini xınalıqlar (0,2 %), 9,5 minini digər millətlər təşkil edir.
Qeyd edək ki, siyahıya alınmalar zamanı sorğu olunan hər bir şəxs milliyyətini özü müəyyən edir. Uşaqların milliyyəti valideynlərin dediklərinə əsasən yazılır.
Dövlət Statsitika Komitəsindən bildirilib ki, növbəti siyahıyalınma 2019-cu ildə keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
































































































